Bakı. Trend:
"Amnesty International" beynəlxalq təşkilatı ABŞ hakimiyyətini qadın hüquqlarının ciddi şəkildə pozulmasında ittiham edib.
Trend-in məlumatına görə, təşkilatın dünya üzrə insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatında Birləşmiş Ştatlarda qadın və qızların hüquqlarına bir neçə istiqamətdə hücum olduğu qeyd edilir:
"Prezident Donald Trampın administrasiyası universitetlərin gender diskriminasiyası qismində cinsi zorakılıq hallarını araşdırmalı olduğunu nəzərdə tutan qaydanı ləğv edib".
Həmçinin bildirilir ki, ABŞ-da qadınların kişilərlə eyni həcmdə maaş alıb-almadıqlarını aydınlaşdıran bərabər əməkhaqqı üzrə təşəbbüsün fəaliyyəti dayandırılıb.