...

Türkiyədə PARTLAYIŞ - Yaralılar var

Dünya xəbərləri Materials 22 Fevral 2018 10:15 (UTC +04:00)
Türkiyənin mərkəzində, Kırıkkale vilayətində partlayış baş verib.
Türkiyədə PARTLAYIŞ - Yaralılar var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin mərkəzində, Kırıkkale vilayətində partlayış baş verib. Trend-in məlumatına görə, partlayış nəticəsində 10 nəfərin yaralandığı bildirilib.

Məlumata görə, partlayış 4 mərtəbəli yaşayış binasında qaz sızması səbəbindn baş verib. Yaralananlar arasında azyaşlı uşaq olduğu da bildirilir.

Yaralıların hamsının Türkiyə vətəndaşları olduqları qeyd olunub.

Məlumata görə, partlayış nəticəsində yaxınlqdakı binalara, həmçinin binanın yaxınlığında park edilmiş 7 avtomobilə də ziyan dəyib.

Hadisə ilə bağlı araşdırma başlayıb, başqa detallar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti