...

Hind kinosunun ulduzu vəfat etdi

Dünya xəbərləri Materials 25 Fevral 2018 13:56 (UTC +04:00)
Hindistanın məşhur kino ulduzu Şridevi dünyasını dəyişib
Hind kinosunun ulduzu vəfat etdi

Bakı. Trend:

Hindistanın məşhur kino ulduzu Şridevi dünyasını dəyişib.

Trend-in verdiyi məlumata görə, aktrisa Dubayda vəfat edib.

Şridevinin Birləşmiş Ərəb Əmirliklərinə yaxın qohumunun toy mərasimində iştirak etmək üçün gəldiyi bildirilir.

Aktrisanın vəfatı ilə əlaqədar Hindistan prezidenti Ram Natx Kovind baş sağlığı verib.

Karyerası ərzində Şridevi 265 filmdə çəkilib. Onların arasında ən məşhurları: “Qəmli əhvalat” (1983), “Hədiyyə” (1984), “Çandi” (1987), “Fırıldaqçı” (1987), “Məhəbbət anları” (1991), “Yolunu itirənlər” (1993).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti