...

Ərdoğan: Afrindən sonra Mənbicin azad olunması üçün hərbi əməliyyata başlayacağıq

Dünya xəbərləri Materials 1 Mart 2018 15:36 (UTC +04:00)
ABŞ Türkiyənin Suriyanın Mənbic bölgəsi üzrə mövqeyi barədə məlumatlıdır.
Ərdoğan: Afrindən sonra Mənbicin azad olunması üçün hərbi əməliyyata başlayacağıq

Bakı. Rufiz Hafizoğlu - Trend:

ABŞ Suriyanın Mənbic bölgəsi üzrə Türkiyənin mövqeyi barədə məlumatlıdır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Afrinin azad edilməsindən sonra Türkiyə Silahlı Qüvvələri Mənbicin azad olunması üzrə hərbi əməliyyata başlayacaq:

"Mənbicin etnik tərkibi PYD terrorçuları tərəfindən dəyişdirilib. Bu bölgədə əhalinin 90 faizini təşkil edən ərəblər ərazidən tamamilə qovulub".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti