Bakı. Trend:
Meksikanın Tlaskala və San-Martin-Teksmelukan şəhərləri arasındakı şossedə mikroavtobus aşıb.
Trend-in məlumatına görə, qəza nəticəsində 7 nəfər həlak olub, 2-si uşaq olmaqla 11 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
İlkin məlumata əsasən, avtobus yüksək sürətlə yoldan kənara çıxıb və aşıb.