...

Ermənistanın yeni prezidenti seçildi - KİM?

Dünya xəbərləri Materials 2 Mart 2018 12:30 (UTC +04:00)
Ermənistan parlamentində bu gün millət vəkilləri ölkənin yeni prezidentini seçib.
Ermənistanın yeni prezidenti seçildi - KİM?

Bakı. Trend:

Ermənistan parlamentində bu gün millət vəkilləri ölkənin yeni prezidentini seçib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu vəzifəyə Armen Sarkisyan seçilib.

A.Sarkisyan daha əvvəl Ermənistanın Böyük Britaniyadakı səfiri işləyib O, həmçinin Ermənistanın baş naziri də olub.

Qeyd edək ki, 2015-ci ildə Ermənistan Konstitusiyasına edilmiş dəyişikliklərə əsasən bu ildən etibarən ölkə parlament idarə üsuluna keçib. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti