...

Listerioz CAR-da 180 nəfəri öldürdü

Dünya xəbərləri Materials 9 Mart 2018 09:41 (UTC +04:00)
Cənubi Afrika Respublikasında (CAR) listerioz xəstəliyinin yayılması nəticəsində son 2 ay ərzində 180 nəfər həyatını itirib.
Listerioz CAR-da 180 nəfəri öldürdü

Bakı. Trend:

Cənubi Afrika Respublikasında (CAR) listerioz xəstəliyinin yayılması nəticəsində son 2 ay ərzində 180 nəfər həyatını itirib.

Trend-in məlumatına görə, yerli səhiyyə idarəsi xəstələrdən götürülən analizlərin nəticələri əsasında ölkədə listeriozla bağlı əhaliyə xəbərdarlıq edib.

Məlumata görə, xəstəliyin əlamətləri ət məhsulları, qurudulmuş kolbasalardan istifadə etdikdən sonra yaranıb.

Qeyd edək ki, listerioz zoonoz mənşəli xəstəlikdir, heyvanlardan və süd məhsullarından keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti