...

Astanada Lavrov-Zərif-Çavuşoğlu görüşü başladı

Dünya xəbərləri Materials 16 Mart 2018 09:42 (UTC +04:00)
Astanada Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin Suriyada böhranın tənzimlənməsi üzrə görüşü başlayıb.
Astanada Lavrov-Zərif-Çavuşoğlu görüşü başladı

Bakı. Trend:

Astanada Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin Suriyada böhranın tənzimlənməsi üzrə görüşü başlayıb.

Trend-in məlumatına görə, Sergey Lavrov, Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlunun iştirakı ilə keçirilən görüşdə Suriyada birgə aparılan fəaliyyətin yekunları analiz ediləcək, deeskalasiya məsələsi müzakirə ediləcək.

Eləcə də nazirlər gələcək qarşılıqlı fəaliyyət planlarını müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti