...

Madriddə iğtişaşlar: saxlanılanlar var

Dünya xəbərləri Materials 16 Mart 2018 11:15 (UTC +04:00)
İspaniyanın paytaxtı Madriddə kütləvi iğtişaşlar zamanı 6 nəfər saxlanılıb.
Madriddə iğtişaşlar: saxlanılanlar var

Bakı. Trend:

İspaniyanın paytaxtı Madriddə kütləvi iğtişaşlar zamanı 6 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, iğtişaşlara səbəb Seneqaldan olan 35 yaşlı mühacirin ölümü səbəb olub. Bundan əvvəl onun ürək çatışmazlığından öldüyü bildirilirdi. Lakin şahidlər iddia edir ki, mühacir asayiş keşikçilərinin hücumu nəticəsində həlak olub.

Seneqallı 14 il əvvəl İspaniyaya gəlsə də, yaşayış üçün icazə ala bilməmişdi.

Təqribən 200 etirazçı paytaxtın mərkəzində "Polis dövləti yox, sosial dövlət!", "Polislər qatildir!" kimi şüarlar səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti