...

Fransanın cənubunda silsilə hücumların araşdırılması çərçivəsində bir nəfər saxlanılıb

Dünya xəbərləri Materials 24 Mart 2018 03:25 (UTC +04:00)
Fransanın cənubunda silsilə hücumların araşdırılması çərçivəsində bir nəfər saxlanılıb
Fransanın cənubunda silsilə hücumların araşdırılması çərçivəsində bir nəfər saxlanılıb

Bakı. Trend:

Fransanın cənubunda silsilə hücumların araşdırılması çərçivəsində bir nəfər saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Paris şəhərinin prokuroru Fransua Molens bildirib.

F.Molens silsilə hücumların Karkasonda yaşayan 26 yaşlı mərakeşli Reduan Lakdim tərəfindən törədildiyini təsdiq edib.

Prokurorun sözlərinə görə, hücum edən şəxs keçmişdə xırda cinayətlər törətdiyinə görə polis qeydiyyatında olub.

Qeyd edək ki, martın 23-ü Fransanın cənubunda Od departamentində silsilə hücumlar baş verib. Karkasonda yaşayan 26 yaşlı mərakeşli Reduan Lakdim avtomobil yolunda sürücüyə hücum edib və yaralayıb, onun sərnişinini isə öldürüb. Avtomobili ələ keçirdikdən sonra o, qaçışdan qayıdan bir qrup silahsız xüsusi təyinatlılara atəş açıb və birini yaralayıb.

Sonra o, "Super U" mağazasına gəlib və bir qrup insanı girov götürüb. Fransa polisinin həyata keçirdiyi əməliyyat zamanı Reduan Lakdim zərərsizləşdirilib. Ümumilikdə 3 nəfər həlak olub, 16 nəfər isə yaralanıb. Silsilə hücumlara görə cavabdehliyi İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti