...

Ermənistanda Rusiya hərbi polis bölmələri yaradılır

Dünya xəbərləri Materials 26 Mart 2018 12:19 (UTC +04:00)
Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilmiş hərbi bazasında hərbi polis bölmələri formalaşdırılır.
Ermənistanda Rusiya hərbi polis bölmələri yaradılır

Bakı. Trend:

Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilmiş hərbi bazasında hərbi polis bölmələri formalaşdırılır.

Trend-in məlumatına görə, hərbi polis bölmələrinin yaradılmasında məqsəd hərbi intizamın saxlanılması, yol hərəkətinin təhlükəsizliyini və Gümridəki hərbi qarnizonda obyektlərin mühafizəsini təmin etməkdir. Şəxsi heyət xüsusi ləvazimat və hərbi texnika ilə təchiz olunacaq.

Şəxsi heyətə müqavilə üzrə xidmət edən zabit, çavuş və əsgərlər cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti