...

Tramp şəxsi həkimini veteranların işləri üzrə nazir təyin edib

Dünya xəbərləri Materials 29 Mart 2018 05:41 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp öz administrasiyasında növbəti dəyişikliklər barədə məlumat verib
Tramp şəxsi həkimini veteranların işləri üzrə nazir təyin edib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp öz administrasiyasında növbəti dəyişikliklər barədə məlumat verib.

Trend-in məlumatına görə, Tramp öz şəxsi həkimi admiral Ronni Ceksonu veteranların işləri üzrə nazir vəzfəsinə təklif edib.

Ronni Cekson bu vəzifədə Devid Şulkini əvəzləyəcək.

ABŞ prezidenti "Twitter" hesabında yazıb: "Mən bildirməyə şadam ki, tibb elmləri doktoru hörmətli admiral Ronni Ceksonun namizədliyini veteranların işləri üzrə yeni nazir kimi irəli sürmək niyyətindəyəm. Hələlik nazir vəzifəsini icra edən müdafiə nazirliyindən möhtərəm Robert Uilki olacaq. Mən doktor Devid Şulkinə ölkəmizə böyük veteranlarımıza xidmətinə görə minnətdaram".

Ronni Ceksonun namizədliyini Senat təsdiq etməlidir.

Xəbər lenti

Xəbər lenti