İki Koreya dövləti yüksək səviyyədə danışıqlara başladı

Dünya xəbərləri Xəbər 29 Mart 2018 09:35 (UTC +04:00)

Bakı. Trend:

KXDR və Cənubi Koreya dövlətləri arasında yüksək səviyyədə danışıqlar start götürüb.

Trend-in məlumatına görə, görüş neytral ərazi hesab olunan Pxanmuncom məntəqəsində baş tutub.

Danışıqların məqsədi Koreya Sammitinə hazırlıqdır. Görüşdə sammitin aprelin 27-də keçirilməsinə dair razılıq əldə olunub.

Xatırladaq ki, KXDR və Cənubi Koreya komandaları fevral ayında Pxençxan şəhərində keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində eyni bayraq altında iştirak edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti