...

Türkiyədə ağır yol qəzası: 17 ölü, 36 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 30 Mart 2018 08:21 (UTC +04:00)
Türkiyədə Iğdır-Qars yolunda avtobusun iştirakı ilə baş verən qəza nəticəsində ölənlərin sayı 17-ə çatıb, daha 36 nəfər yaralanıb.
Türkiyədə ağır yol qəzası: 17 ölü, 36 yaralı (YENİLƏNİB)

Xəbər yenilənib (ilk xəbər 06:53-də yayılıb)

Bakı. Trend:

Türkiyədə Iğdır-Qars yolunda avtobusun iştirakı ilə baş verən qəza nəticəsində ölənlərin sayı 17-ə çatıb, daha 36 nəfər yaralanıb.

Trend-in türk KİV-lərinə istinadən vediyi məlumata əsasən, yaralananlar dərhal xəstəxanaya çatdırılıb.

Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtobus yol nişanına çırpılıb.

Qeyd olunur ki, avtobusda Əfqanıstan və Pakistandan qeyri-qanuni yollarla Türkiyə ərazisinə keçən miqrantlar da olub.

Qeyd edək ki, bu ilin fevralında Türkiyədə 60 800 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 343 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti