...

Qonşu ölkədə 300-ə yaxın tədris müəssisəsində dərslər dayandırıldı - Səbəb qrip

Dünya xəbərləri Materials 3 Aprel 2018 14:09 (UTC +04:00)
Rusiyanın Saratov vilayətində kəskin respirator xəstəlikləri ilə əlaqədar 300-ə yaxın tədris müəssisəsində dərslər bir həftə müddətinə dayandırılıb.
Qonşu ölkədə 300-ə yaxın tədris müəssisəsində dərslər dayandırıldı - Səbəb qrip

Bakı. Trend:

Rusiyanın Saratov vilayətində kəskin respirator xəstəlikləri ilə əlaqədar 300-ə yaxın tədris müəssisəsində dərslər bir həftə müddətinə dayandırılıb.

Trend-in məlumatına görə, bölgədə martın 26-dan aprelin 1-ə qədər 20 mindən çox insan kəskin respirator virusuna yoluxub.

Bu göstəricinin epidemiya həddindən 51,5 faiz çox olduğu deyilir.

Ümumilikdə vilayət ərazisində 248 məktəb, 16 uşaq bağçası, 29 peşə tədrisi müəssisəsində dərslər tamamilə dayandırılıb. Bundan başqa, 3 məktəbdə və 7 uşaq bağçasında dərslər məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti