Bakı. Trend:
Braziliyanın Rio-de-Janeyro şəhəririnin sakinlərinin 92 faizi atışmada ölməkdən qorxur.
Trend-in məlumatına görə, bu barədə "Datafolha" sosioloji mərkəzinin sorğusunun nəticələrində bildirilir.
Bundan əlavə, 92 faiz sakin silahlı qarət zamanı yaralanmaqdan və ölməkdən qorxur. Sorğud iştirak edcənlərin 70 faizi atışmanın şahidi olduğunu bildirib.
Qeyd edək ki, sorğu martın 20-dən - 22-dək keçirilib. Sorğuda mindən artıq Rio-de-Janeyro sakini iştirak edib.