...

İspaniyada filləri daşıyan yük maşını aşdı

Dünya xəbərləri Materials 3 Aprel 2018 12:01 (UTC +04:00)
İspaniyanın şərqindəki Albasete əyalətində sirk fillərini daşıyan yük maşını aşıb.
İspaniyada filləri daşıyan yük maşını aşdı

Bakı. Trend:

İspaniyanın şərqindəki Albasete əyalətində sirk fillərini daşıyan yük maşını aşıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində heyvanlardan biri ölüb, ikisi isə xəsarət alıb.

Qeyd olunur ki, qəza yük maşınının ötmə əməliyyatı keçirməsi zamanı baş verib. Yük maşınında 5 fil daşınırmış. Digər iki fil xəsarət almayıb.

Qaldırıcı kranlar vasitəsilə yol təmizləndikdən sonra nəqliyyatın hərəkəti bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti