...

Ərdoğan: Ölkələr terror təşkilatları arasında fərq qoymamalıdır

Dünya xəbərləri Materials 4 Aprel 2018 17:22 (UTC +04:00)
Ölkələr terror təşkilatları arasında heç bir fərq qoymamalıdır
Ərdoğan: Ölkələr terror təşkilatları arasında fərq qoymamalıdır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ölkələr terror təşkilatları arasında heç bir fərq qoymamalıdır.

Trend-in məlumatına görə, bunu Ankarada Rusiya və İran prezidentlərinin iştirakı ilə keçirilən Suriya sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə Suriyada terrorçulardan azad edilən ərazilərdə infrastrukturu bərpa etməyə hazırdır.

Türkiyə prezidentinin sözlərinə görə, Suriyada davam edən hərbi toqquşmalar nəticəsində ən böyük əziyyəti Suriya xalqı çəkir:

“Biz qarant-ölkələr kimi Suriya böhranının həllinə kömək etməliyik”.

R.T.Ərdoğan həmçinin əlavə edib ki, Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatları başa çatdırdığı yerlərdə təhlükəsizlik təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti