Bakı. Trend:
Keniyada sərnişin avtobusu çaya aşıb.
Trend-in məlumatına görə, avtobusun çaya aşması nəticəsində azı 17 nəfər həlak olub, 46 nəfər isə xəsarət alıb.
Narok dairəsinin nümayəndəsi Georq Natambeya bildirib ki, avtobus Hima Bey dairəsində Nayrobi şəhərinə tərəf irəliləyirdi. Avtobus çaya avtomobil yolunun Narok-Maai Mahiu hissəsində aşıb.
Qəzaya səbəb avtobusun sürücüsünün idarəetməni itirməsi olub.