...

ABŞ-ın əsas sanksiyaçı məmuru istefa verdi

Dünya xəbərləri Materials 13 Aprel 2018 13:49 (UTC +04:00)
ABŞ-ın əsas sanksiyaçı məmuru Con Smit mayda öz vəzifəsindən gedəcək.
ABŞ-ın əsas sanksiyaçı məmuru istefa verdi

Bakı. Trend:

ABŞ-ın əsas sanksiyaçı məmuru Con Smit mayda öz vəzifəsindən gedəcək.

Trend-in məlumatına görə, Maliyyə Nazirliyinin əsas struktur rəhbəri öz xahişi ilə işdən gedir.

Con Smit bu vəzifədə 2015-ci ilin fevralından çalışır, 11 il OFAC-da işləyib.

Məmurun səlahiyyətlərini onun müavini həyata keçirəcək.

Qeyd edək ki, Con Smitin adı son illər Rusiya, Şimali Koreya, İran və Venesuelaya tətbiq olunan sanksiyalarla birgə çəkilir.

Onun rəhbərliyi dövründə 400 rus təşkilatına sanksiya tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti