...

Ərdoğan və Merkel Suriyanı müzakirə ediblər

Dünya xəbərləri Materials 17 Aprel 2018 02:13 (UTC +04:00)
Bazar ertəsi günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel aralarında telefon danışığı olub.
Ərdoğan və Merkel Suriyanı müzakirə ediblər

Bakı. Trend:

Bazar ertəsi günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel aralarında telefon danışığı olub.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, tərəflər danışıqlar zamanı ikitərəfli əlaqələr və regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Həmçinin ABŞ, Böyük Britaniya və Fransanın Suriyada kimyəvi silahın işlədilməsindən sonra əməliyyatları müzakirə olunub.

Liderlər Suriyanın ərazi bütövlüyünün qorunmasının, həmçinin ölkədə siyasi nizamlanma prosesinin irəliləyişini təmin etmək üçün konkret addımların atılmasının vacibliyini vurğulayıblar.

Xatırladaq ki, aprelin 14-də Böyük Britaniya, ABŞ və Fransa Suriyaya 100-dən artıq raket zərbəsi endirib. Raketlərin əksəriyyəti Suriya tərəfindən dəf edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti