...

Etirazçılar Yerevanın mərkəzinə toplaşır

Dünya xəbərləri Materials 18 Aprel 2018 11:28 (UTC +04:00)
Müxalifətin keçirdiyi mitinqin iştirakçıları bu gün Yerevanın mərkəzinə, Fransa meydanına toplaşır.
Etirazçılar Yerevanın mərkəzinə toplaşır

Bakı. Trend:

Müxalifətin keçirdiyi mitinqin iştirakçıları bu gün Yerevanın mərkəzinə, Fransa meydanına toplaşır.

Trend-in məlumatına görə, hazırda bu əraziyə təqribən 200-300 etirazçı cəmləşib. Onların arasında gənclər, tələbələr də var.

Sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyasına rəhbərlik edən müxalif deputat Nikol Paşinyan ötən gün Ermənistanda "məxməri inqilab"ın başladığını bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti