Bakı. Trend:
Fransanın "Air France" aviaşirkəti reyslərinin təxminən 25 faizini sabah təxirə salacaq.
Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, buna səbəb maaşlarının artırılmasını tələb edən işçilərinin etiraz etməsidir.
Qarşıdan gələn etiraz aksiyası fevral ayından sayca doqquzuncu ciddi aksiya olacaq. Etirazçılar maaşlarının 6% artmasını tələb edirlər, şirkət isə yalnız 1% artıma razıdır.