...

Serj Sarkisyan istefa verdi: "Mən səhv etdim" (YENİLƏNİB)

Dünya xəbərləri Materials 23 Aprel 2018 16:19 (UTC +04:00)
Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verdi.
Serj Sarkisyan istefa verdi: "Mən səhv etdim" (YENİLƏNİB)

Bakı. Trend:

Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verdi.

Bu barədə Trend Ermənistan mətbuatına istinadən məlumat verir.

S.Sarkisyan Ermənistan xalqına müraciətində bildirib: "Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var idi, lakin mən heç birinə getməyəcəyəm. Küçə hərəkatı mənim baş nazir vəzifəsində çalışmağıma qarşı idi. Mən sizin tələblərinizi yerinə yetirirəm".

Qeyd edək ki, etiraz aksiyasının rəhbəri, deputat Nikol Paşinyan bu gün azadlığa buraxılıb və axşam qələbə mitinqinin keçiriləcəyini elan edib.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti