...

Paşinyan: Müxalifət etirazları dayandırmayacaq

Dünya xəbərləri Materials 24 Aprel 2018 21:50 (UTC +04:00)
Müxalifət öz məqsədlərinə çatmayanacan etiraz aksiyalarına fasilə verilməyəcək.
Paşinyan: Müxalifət etirazları dayandırmayacaq

Bakı. Trend:

Müxalifət öz məqsədlərinə çatmayanacan etiraz aksiyalarına fasilə verilməyəcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu Ermənistanın müxalif deputatı, etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan bildirib.

"İnqilabımızın məntiqi sonuna qədər heç bir fasilə olmayacaq. Sabah biz Respublika meydanında mitinq keçirəcəyik. Biz bir saat, hətta yarım saat ərzində istənilən tədbiri təşkil edə bilirik. Biz vəziyyətə sahibik və xalq bizə dəstək verir", deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, inqilabın məntiqi sonu baş nazir vəzifəsinə xalqdan namizədin təyin olunmasıdır.

O həmçinin qeyd edib ki, ölkədə növbədənkənar parlament seçkiləri 1-2 ay ərzində keçirilməlidir.

Qeyd edək ki, aprelin 23-ü Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Baş nazirin vəzifəsini müvəqqəti icra edən baş nazirin birinci müavini Karen Karapetyan olub.

Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti