Bakı. Trend:
Cənubi Koreya prezidenti Mun Çje İn və Şimali Koreya lideri Kim Çen In danışıqlara başlayıblar.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, danışıqlar demilitarizasiya zonasının cənubunda keçir.
Danışıqlar zamanı tərəflər Şimal və Cənubun əlaqələrinin yaxşılaşdırılmasını, sülhü və birləşmənin perspektivlərini müzakirə edəcəklər.