...

İtaliyada sərnişin təyyarəsi təcili eniş edib

Dünya xəbərləri Materials 5 May 2018 22:20 (UTC +04:00)
İtaliyanın Brindizi şəhərində Almaniyanın "Condor Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş edib
İtaliyada sərnişin təyyarəsi təcili eniş edib

Bakı. Trend:

İtaliyanın Brindizi şəhərində Almaniyanın "Condor Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş edib.

Trend-in məlumatına görə, Yunanıstan-Almaniya reysini həyata keçirən "Boeing 757" təyyarəsinin təcili eniş etməsinə səbəb təyyarənin hermetizasiya problemləri olub.

Təyyarədə 164 sərnişin və 8 heyyət üzvü olub. Xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti