...

Polşada mədəndə partlayış baş verib: ölən var

Dünya xəbərləri Materials 6 May 2018 15:32 (UTC +04:00)
Polşada mədəndə baş verən partlayış nəticəsində bir nəfər ölüb.
Polşada mədəndə partlayış baş verib: ölən var

Bakı. Trend:

Polşada mədəndə baş verən partlayış nəticəsində bir nəfər ölüb.

Trend-in məlumatına görə, hadisə ölkənin cənubunda baş verib.

Yastemj kömür şirkətinin başçısı Daniel Ozon bildirib: "Sofiyevka mədənində şənbə günü səhər güclü partlayış baş verib. Partlayışın gücü, mədənçilərin məlumatına görə, rixter şkalası üzrə 4 bala bərabər olub. Partlayış anında mədəndə təxmini 250 nəfər olub".

Onun sözlərinə görə, təxliyədən sonra 7 nəfər itkin düşüb. O qeyd edib ki, həlak olan mədənçinin 38 yaşı olub: "Xilasetmə əməliyyatı havada metan qazının yüksək konsentrasiyasına görə çətinləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti