Bakı. Trend:
Əfqanıstanda məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb, daha 34 nəfər yaralanıb. Bu barədə Trend TOLO News agentliyinə istinadən xəbər verir.
Daha öncə 10 nəfərin öldüyü bildirilirdi.
Polis partlayış faktını təsdiqləyib. Onun məlumatına görə, həmin məscid seçicilərin qeydiyyatı mərkəzi kimi istifadə olunur. Hazırda partlayışın səbəbləri araşdırılır.