...

Əfqanıstanda gömrük idarəsinin yaxınlığında partlayış: 6 ölü, 20 yaralı

Dünya xəbərləri Materials 13 May 2018 15:04 (UTC +04:00)
Əfqanıstanən Cəlalabad şəhərində terrorçu-intiharçı gömrük idarəsinin binasının yaxınlığında partlayış törədib.
Əfqanıstanda gömrük idarəsinin yaxınlığında partlayış: 6 ölü, 20 yaralı

Bakı. Trend:

Əfqanıstanən Cəlalabad şəhərində terrorçu-intiharçı gömrük idarəsinin binasının yaxınlığında partlayış törədib.

Trend-in TOLO News-a istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 6 nəfər ölüb, daha 20 nəfər isə yaralanıb.

Partlayışdan sonra bir qrup silahlı şəxs binaya hücum edib. Təhlükəsizlik qüvvələri ilə qarşıdurmalar davam edir.

Hələlik regionda fəaliyyət göstərən heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti