Bakı. Trend:
Kuba hakmiyyəti "Boeing-737" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərlə əlaqədar olaraq matəm elan edib.
Trend-i məlumatına görə, matəm may ayının 19-u saat 06:00-dan mayın 21-i saat 00:00-a kimi elan olunub.
Qeyd edək ki, Havanadan Olginə uçan təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. İlkin məlumata əsasən, qəzadan sonra sağ qalan olmayıb.