Bakı. Trend:
İraqın paytaxtı Bağdadda partlayış baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın parklarının birində baş verib. Partlayış ən azı 7 nəfərin ölməsinə səbəb olub, daha 16 nəfərin yaralandığı bildirilir.
Partlayış intiharçı tərəfindən törədilib. Partlayışa görə hələlik heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib.