Bakı. Trend:
Venesuela Amerika Dövlətləri Təşkilatının sammitlərində iştirak etməyəcək.
Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Nikolas Maduro bildirib.
N.Maduro deyib: "Bu, Venesuelanın xarici işlər nazirinin iştirak etdiyi son Amerika Dövlətləri Təşkilatının sammiti idi. Biz ADT-ni pisləyirik və biz gedirik, bu təsdiqlənib".
Onun sözlərinə görə, ABŞ hökuməti Latın Amerikası ölkələrinə qarşı ADT çərçivəsində şantaj və hədə-qorxu "kampaniyasını" həyata keçirir.
Qeyd edək ki, daha əvvəl Amerika Dövlətləri Təşkilatının sammitlərində ABŞ-ın dövlət katibi Mayk Pompeo Venesuelanın üzvlüyünü dayandırmağa və üzv ölkələri əlavə təzyiq göstərməyə çağırıb.