...

İtaliyada Avropada teraktlar hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Dünya xəbərləri Materials 26 İyun 2018 01:18 (UTC +04:00)
İtaliyanın Neapol şəhərində hüquq-mühafizə orqanları tərəfindən Avropanın bir sıra ölkəsində terror aktları hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
İtaliyada Avropada teraktlar hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı. Trend:

İtaliyanın Neapol şəhərində hüquq-mühafizə orqanları tərəfindən Avropanın bir sıra ölkəsində terror aktları hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, saxlanılan şəxs Qambiya vətəndaşıdır və İspaniyada və Fransada terror aktları hazırlayırmış.

Bildirilir ki, adı Silla Osman olar şəxs 13 nəfərdən ibarət ekstremist qrupa daxil olub və terror aktları planlaşdırıb.

Qeyd edək ki, aprel ayında Neapol şəhərində daha bir Qambiya vətəndaşı terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti