Bakı. Trend:
Avstraliya ABŞ-dan 5,2 milyarda yaxın dollar məbləğində "MQ-4C Triton" pilotsuz uçuş aparatları almaq niyyətindədir.
Trend-in "The Sydney Morning Herald" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Avstraliyanın baş naziri Malkolm Ternbul bildirib.
Bildirilir ki, baş nazir bu barədə yaxınlarda rəsmi bəyanatla çıxış edəcək.
Pilotsuz uçuş aparatları Avstraliyanın şimalında vəziyyəti izləmək üçün istifadə olunacaq.
Qeyd edək ki, "MQ-4C Triton" pilotsuz uçuş aparatları "Northrop Grumman" korporasiyası tərəfindən hərbi-dəniz qüvvələri üçün hazırlanır və 14,5 metr uzunlugğunda olub.