...

ABŞ-da xəstəxana yaxınlığında partlayış: 1 ölü, 12 yaralı

Dünya xəbərləri Materials 27 İyun 2018 06:12 (UTC +04:00)
ABŞ-ın Texas ştatında xəstəxana yaxınlığında partlayış baş verib.
ABŞ-da xəstəxana yaxınlığında partlayış: 1 ölü, 12 yaralı

Bakı. Trend:

ABŞ-ın Texas ştatında xəstəxana yaxınlığında partlayış baş verib.

Trend-in ABC telekanalına istinadən verdiyi məlumata əsasən, hadisə Geytsvill şəhərində, tikinti meydançasında baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Qeyd olunur ki, xəsarət alanların hamısı inşaat işçiləridir. İlkin məlumatlara əsasən, elektrik generatoru partlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti