...

İstanbul narkotacirlərə qarşı reyd - 53 nəfər tutuldu

Dünya xəbərləri Materials 28 İyun 2018 10:43 (UTC +04:00)
İstanbul polisi 3 rayonda narkotacirlərə qarşı reyd keçirir
İstanbul narkotacirlərə qarşı reyd - 53 nəfər tutuldu

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbul polisi 3 rayonda narkotacirlərə qarşı reyd keçirir.

Trend-in məlumatına görə, bu barədə İstanbul şəhər polis idarəsi məlumat yayıb.

Reydlər 45 ünvanda aparılır. Reydlər nəticəsində 3-ü qadın olmaqla, 53 nəfər saxlanılıb.

Qeyd edək ki, Türkiyə DİN 2018-ci ilin yanvar-fevral ayları ərzində 3 722 kq heroin aşkarlayıb. Həmçinin 16 802 kq psixotrop maddə və 202 kq "banzay" qanunsuz dövriyyədən çıxarılıb.

İki ay ərzində narkoticarətlə məşğul olan 3 823 nəfər tutulub.

2017-ci ildə Türkiyədə 20 min ton heroin aşkarlanaraq dövriyyədən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti