...

İstanbul su altında (FOTO)

Dünya xəbərləri Materials 28 İyun 2018 09:42 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində gecə saatlarında yağan güclü yağış bir çox problemlərə yol açıb.
İstanbul su altında (FOTO)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində gecə saatlarında yağan güclü yağış bir çox problemlərə yol açıb.

Trend-in məlumatına görə, yolları su basması nəticəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Yolda qalan insanlara xilasedicilər kömək ediblər.

Kanalizasiya sistemləri daşdığı üçün bəzi ev və iş yerlərini də su basıb.

Bəzi ərazilərdə güclü külək ağacları aşırıb.

Həmçinin hava şəraiti səbəbindən Atatürk hava limanında bütün reyslər təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti