Bakı. Trend:
Avropa İttifaqı (Aİ) hələ miqrant böhranının həllində uğur əldə etməyib, çünki sammitdə qəbul edilən qərarlar indi praktikada tətbiq olunmalıdır.
Trend-in məlumatına görə, bunu Aİ Şurasının sədri Donald Tusk miqrant böhranı ilə bağlı sammitin yekununda mətbuat konfransı zamanı deyib.
D.Tusk bildirib ki, halə hansısa uğurdan danışmaq tezdir:
“Biz sammitdə razılıq əldə etdik, amma bu, işin ən asan hissəsidir. Bu qərarları icra etmək prosesində bizi çoxlu maneələr gözləyir”.