...

Kanadada avtobusla toqquşan yük maşınının sürücüsü saxlanılıb

Dünya xəbərləri Materials 7 İyul 2018 08:35 (UTC +04:00)
Kanadada aprel ayında "Humbold Bronkos" hokkey komandasının avtobusu ilə toqquşan yük maşınının sürücüsu saxlanılıb
Kanadada avtobusla toqquşan yük maşınının sürücüsü saxlanılıb

Bakı. Trend:

Kanadada aprel ayında "Humbold Bronkos" hokkey komandasının avtobusu ilə toqquşan yük maşınının sürücüsu saxlanılıb.

Trend-in məlumatına görə, 29 yaşlı hindistanlı Caskirat Sidxu təhlükəli idarəetmə nəticəsində 16 nəfərin ölümündə və 13 nəfərin yaralanmasında ittiham olunur.

Polis nümayəndəsi Derek Uilyams bildirib ki, toqquşmanın bir sıra aspektinə, həmçinin nəqliyyat vasitələrinin sürətinə baxılıb... Təhlükəli idarəetmədə ittiham etmək üçün əsas verən bir sıra elementlər var".

Caskirat Sidxu gələn həftə məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, Kanadanın Saskaçevan əyalətində yük maşını "Humbold Bronkos" hokkey komandasının avtobusu ilə toqquşub. Toqquşma nəticəsində 16 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti