...

Gürcüstanda mədəndə QƏZA - 4 nəfər ölü

Dünya xəbərləri Materials 16 İyul 2018 09:44 (UTC +04:00)
Gürcüstanın qərbində Mindeli adına mədəndə qəza baş verib.
Gürcüstanda mədəndə QƏZA - 4 nəfər ölü

Bakı. Trend:

Gürcüstanın qərbində Mindeli adına mədəndə qəza baş verib.

Trend-in məlumatına görə, Tkibulu şəhərində mədəndə baş vermiş qəza nəticəsində 4 mədənçi ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Xəsarət alanların dəqiq sayı qeyd edilməsə də, ilkin olaraq 9 nəfərin yaralandığı ehtimal edilir.

Qəzanın baş vermə səbəbləri məlum deyil.

Səhər saatlarından başlayaraq hadisə yerində xilasedicilər işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti