Bakı. Trend:
Yunanıstanda meşə yanğınları hələ davam edir.
Trend-in məlumatına görə, yanğınlar nəticəsində 24 nəfər həyatını itirib, yaralıların sayı isə 156 nəfərə çatıb. Xəsarət alanlar arasında 16 uşağın da olduğu bidirilir. Yaralılardan 11 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Daha təhlükəli vəziyyət Kineta və Attika rayonlarında yaranıb, 10-a yaxın yaşayış evi külə dönüb.
Sahil ərazilərdən əhalinin Yunanıstan Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə təxliyəsi aparılır. Məlumata görə, artıq 760 nəfər həmin ərazilərdən çıxarılıb.
Yanğının söndürülməsinə helikopterlər cəlb olunub.