...

Böyük Britaniya Əfqanıstana yardım ayıracaq - 10 milyon funt sterlinq

Dünya xəbərləri Materials 31 İyul 2018 05:05 (UTC +04:00)
Böyük Britaniya Əfqanıstana 10 milyon funt sterlinq dəyərində maliyyə yardımı ayıracaq
Böyük Britaniya Əfqanıstana yardım ayıracaq - 10 milyon funt sterlinq

Bakı. Trend:

Böyük Britaniya Əfqanıstana 10 milyon funt sterlinq dəyərində maliyyə yardımı ayıracaq.

Trend-in məlumatına görə, həmin məbləğ ərzaq probleminin həllinə yönəldiləcək.

Qeyd olunur ki, bir müddət əvvəl Əfqanıstan prezidenti Əşrəf Qəni ölkədə qeydə alınan quraqlıq və nəticədə yaranmış taxıl qıtlığı ilə əlaqədar dünya ictimaiyyətini Əfqanıstana humanitar yardım göstərməyə çağırmışdı.

Əfqanıstanda davam edən quraqlığın 1,4 milyon insanı təhlükə altında qoya biləcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti