...

Nazir: Türkiyə sanksiyalara baxmayaraq İrandan qaz almaqda davam edəcək

Dünya xəbərləri Materials 8 Avqust 2018 14:52 (UTC +04:00)
Türkiyə ABŞ-ın sanksiyalarına baxmayaraq İran qazını əvvəlki kimi almaqda davam edəcək
Nazir: Türkiyə sanksiyalara baxmayaraq İrandan qaz almaqda davam edəcək

Bakı. Trend:

Türkiyə ABŞ-ın sanksiyalarına baxmayaraq İran qazını əvvəlki kimi almaqda davam edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

O bildirib ki, Türkiyə üçün vacib məsələ enerji təhlükəsizliyidir:

“Bizim İranla 2026-cı ilədək qaz müqaviləmiz var. Bu müqavilə əsasında biz ildə 9,5 milyard kubmetr qaz alırıq. Bizim vətəndaşlarımızı soyuqda və elektriksiz saxlamaq niyyətimiz olmadığı üçün bu müqavilənin icrası davam etdiriləcək”.

Nazir əlavə edib ki, ABŞ İrana qarşı sanksiya qərarı birtərəflidir, Türkiyə isə qanuni ticarətlə məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti