...

Rusiya və Tükiyə müdafiə nazirləri Suriyanı müzakirə ediblər

Dünya xəbərləri Materials 17 Avqust 2018 16:03 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akarla görüşüb.

Trend-in məlumatına görə, Moskvada keçirilmiş görüş zamanı regional təhlükəsizlik, Suriyadakı vəziyyət və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd olunur ki, danışıqlar əsasən Suriyada humanitar vəziyyətin nizamlanması, o cümlədən qaçqınların qayıtması ilə bağlı məsələlərə həsr olunub.

Bundan başqa, Rusiya və Türkiyə müdafiə qurumlarının qarşılıqlı fəaliyyəti də müzakirə mövzusu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti