...

Fici sahillərində zəlzələ baş verib

Dünya xəbərləri Materials 19 Avqust 2018 10:17 (UTC +04:00)
Sutka ərzində Sakit okeanda Fici sahillərinə yaxın ikinci zəlzələ baş verib
Fici sahillərində zəlzələ baş verib

Bakı. Tural Turan - Trend:

Sutka ərzində Sakit okeanda Fici sahillərinə yaxın ikinci zəlzələ baş verib . Trend-in məlumatına görə, zəlzələnin gücü 6.8 bal təşkil edib.

Təkanlar yerli vaxtla 16:28-də (08:28) adaların şərqində qeydə alınıb. Zəlzələnin ocağı 423 km dərinlikdə yerləşib.

Xatırladaq ki, daha əvvəl Sakit okeanın cənub şərqində, Fici adaları yaxınlığında 8,2 bal gücündə zəlzələ baş verib. yeraltı təkanlar Ndoi adasından 290 kilometr şimal-şərqdə, ocağı isə 560 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti