...

Əfqanıstan Prezidentinin iqamətgahını raket atəşinə tutan bütün qiyamçılar zərərsizləşdirilib

Dünya xəbərləri Materials 21 Avqust 2018 15:43 (UTC +04:00)
Kabulda Prezident iqamətgahına raket zərbəsi endirən bütün qiyamçılar zərərsizləşdirilib.
Əfqanıstan Prezidentinin iqamətgahını raket atəşinə tutan bütün qiyamçılar zərərsizləşdirilib

Bakı. Trend:

Kabulda Prezident iqamətgahına raket zərbəsi endirən bütün qiyamçılar zərərsizləşdirilib.

Trend-in məlumatına görə, Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Daniş bildirib ki, ilkin ehtimala əsasən hücumu 3 döyüşçü həyata keçirib. Onlar raketləri yük maşınından buraxıblar.

Atışma zamanı təhlükəsizlik qüvvələrinin 2 əməkdaşının yaralandığı bildirilir.

Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma öz üzərinə götürməyib.

Xatırladaq ki, bu gün Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı münasibətilə çıxış edən zaman paytaxt Kabula bir neçə raket zərbəsi endirilib.

Hücum yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 08:30) qeydə alınıb. Raketlər Prezident iqamətgahı və şəhərin bir çox ölkələrin səfirliklərinin yerləşdiyi hökumət məhəlləsi istiqamətinə atılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti