...

Karakas metrosunda gediş haqqı 12 min dəfədən çox artacaq

Dünya xəbərləri Materials 5 Sentyabr 2018 00:19 (UTC +04:00)
Venesuelanın paytaxtı Karakasda sentyabrın 10-dan metro yenidən ödənişli olacaq
Karakas metrosunda gediş haqqı 12 min dəfədən çox artacaq

Bakı. Trend:

Venesuelanın paytaxtı Karakasda sentyabrın 10-dan metro yenidən ödənişli olacaq.

Trend-in məlumatına görə, 2017-ci ilin sonundan ödənişsiz olan metroda gediş haqqının qiyməti 12,5 min dəfə artacaq.

Metroda gediş biletləri sentyabrın 8-dən satışa çıxarılacaq. Gediş haqqı 0,5 suveren bolivar təşkil edəcək (50 min köhnə bolivar). 2017-ci ildə biletlərin satışı dayanadırılan müddətə qədər metroda gediş haqqı 4 köhnə bolivar təşkil edirdi.

Qeyd edək ki, 2017-ci ildə metroda biletlərin çapının dayandırılıb gediş haqqının ləğv edilməsinə səbəb ölkədə biletləri çap etməyə kağızın olmaması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti