Bakı. Trend:
Ötən həftə Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələ nəticəsində 44 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə Yaponiya hökumətinin baş katibi Yosixide Suqa Tokioda keçirilən mətbuat konfransı zamanı bildirib.
Y.Suqa deyib: "Hokkaydoda zəlzələ nəticəsində 44 nəfər həlak olub, itkin düşən yoxdur. Zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində özünümüdafiə qüvvələrinin, polis və yanğından müdafiənin 40 min əməkdaşı iştirak edir. Axtarış və xilasetmə əməliyyatlarında və humanitar yardımın çatdırılmasında 67 helikopter iştirak edir".
Qeyd edək ki, sentyabrın 5-də Yaponiyanın Hokkaydo adasında 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İbura rayonunda, ocağı isə 37 kilometr dərinlikdə yerləşib.