...

Vaşinqtonda "Florens"ə görə fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 11 Sentyabr 2018 20:19 (UTC +04:00)
Atlantik okeanından yaxınlaşan "Florens" qasırğası səbəbindən şəhər rəhbərliyi Vaşinqtonda fövqəladə rejim elan edib.
Vaşinqtonda "Florens"ə görə fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

Atlantik okeanından yaxınlaşan "Florens" qasırğası səbəbindən şəhər rəhbərliyi Vaşinqtonda fövqəladə rejim elan edib.

Trend-in məlumatına görə, şəhər meri Müriel Bouzer "Twitter" səhifəsində bununla bağlı sərəncam imzaladığını yazıb.

Qeyd edək ki, artıq dünən "Florens" qasırğasının ABŞ-ın cənub-şərq sahillərinə doğru irəliləməsi barədə ABŞ-ın qasırğalara nəzarət Milli Mərkəzi xəbərdarlıq edib.

Qasırğanın sentyabrın 13-də ABŞ-a çatacağı bildirilir.

Güclü küləyin surətinin saatda 165 km-ə çatacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti